MƏRKƏZİ İDARƏETMƏ SİSTEMİ

Mərkəzi İdarəetmə Sistemi

Maraqla uzanıb kitabınızı oxuyarkən şirin bir yuxunuz gəlir. Birdən fikirləşirsiniz ki, otaqları müşahidə etmək, açıq qalan cihaz və işıqları bağlamaq, qapını kilidləmək lazımdır. Yəni əvvəllər belə idi. Amma dövr dəyişdi. Siz yuxunuza davam edin; Mərkəzi İdarəetmə Sistemi sizin yerinizə bunları həll etsin.

Mərkəzi İdarəetmə Sistemi ilə, evinizdəki ağıllı texnologiyanın nəzarəti tamamilə sizdədir. İstərsə evinizin fərqli otaqları üçün xüsusi işıqlandırma mühitləri təyin etmək, istərsə video nəzarəti etmək, istərsə də dünyanın hər hansı bir yerindən internetə bağlanaraq hər şeyin yolunda olub olmadığını yoxlamaq mümkündür.

Mərkəzi İdarəetmə Sistemi sayəsində, bütün pərdələrin bağlanması, işıqların azaldılması ya da söndürülməsi, zəngli saat dövrəyə girməsi, bütün evin ya da ayrı-ayrı otaqların istiliyinin nizamlanması, multimedia sisteminin açılıb bağlanması kimi əməliyyatları evinizin hər hansı bir yerindən və ya internet əlaqəsi olan hər yerdən əmr verərək reallaşdıra bilərsiniz

Leave a Reply

E-poçt ünvanınız dərc olunmayacaq. * ilə lazım olan sahələr qeyd edilmişdir.

X