Haqqımızda

Biz Kimik?

Müasir dövrün tələblərinə uyğun olaraq Elektrik bünövrə quruluşu bina və mənzil sektorunda sistemli şəkildə dəyişdi. Biz bu sistemə yeni həllər təqdim etmək məqsədi ilə 2012-ci ildə Ağıllı Bina və Ev avtomatlaşdırılması istiqamətində şirkətimizi yaratdıq. Qarşımızda duran əsas istiqamət sistem üçün ən uyğun texnoloji həlləri tapıb müştərilərə təqdim etməkdir.


Fəaliyyətimiz

Fəaliyyət sahəmiz içərisinə; Bina və Ev avtomatlaşdırma xidmətləri ilə yanaşı Ağıllı ev sistemləri, təhlükəsizlik sistemləri, cctv, audio-video interkom sistemləri, multi media sistemləri daxildir. Bu sahələrlə əlaqədar təyin olunmuş Avropa və dünya standartlarında xidmət təqdim etməkdəyik. Yüksək texniki mütəxəssis heyyətinə sahib olan firmamız, inkişaf edən texnoloji yeniliklərə, araşdırma və təhsilə uyğunlaşmanı təmin edərək hər zaman inkişafı iş anlayışımızda əsas tuturuq.


Məqsədimiz

Firma olaraq məqsədimiz, xidmətin sərhədsiz və vaxtsız olduğu, müştəri məmnuniyyətinin hər zaman ön şərt olması, hər zaman ilk prioritet xidmət olduğu, bu məqsədə uyğun xidmət etməkdir. Əldə etdiyimiz məlumat və təcrübəni müştəriyə çəkinmədən təqdim etmək, xidmət ünsürü nə olursa olsun müştəri ilə başından sonuna qədər keyfiyyət və qiymət mövzusunda dialoq içində olmaq, müştərinin və firmamızın fikirlərini bir bütün içində ələ alıb doğru həllər çıxarmaq əsas məqsədimizdir.Məqsəd əvvəlcə pul qazanmaq deyil, müştəri və dost qazanmaq ən əhəmiyyətli fəlsəfəmizdir.


Əməkdaşlıq

Bizimlə əməkdaşlıq etmək istəyənlər üçün əlaqə vasitələri.

012 555-21-27;

055 709-18-08;

055 309-18-08;

info@agilliev.az


Çatdırılma

İstədiyiniz ünvana çatdırılma.

24X7 Müştəri xidməti

Hər zaman xidmətinizdəyik.

Fikirləriniz xoşdur

Fikirlərinizə hörmətlə yanaşırıq.
X