Ağıllı ev rahatlıq, qənaət, maksimum təhlükəsizlik, mərkəzdən və uzaqdan hər şeyə nəzarət edərək, idarə edə bilməkdir. Ağıllı ev ssenariləri zaman itirmədən işıqlandırma, istilik-soyutma, təhlükəsizlik, əyləncə, bağ suvarması və s. kimi gündəlik həyatınızda olan standart ehtiyaclarınızı mərkəzdən bir toxunuşla idarə etməyinizə imkan yaradır. Bu sistem gündəlik həyatda bir çox işləri avtomatik olaraq yerinə yetirilməsini təmin edir. Günəş doğarkən jalüz, pərdələrin avtomatik açılması və ya istənilən işıq səviyyəsinə görə avtomatik olaraq ayarlanmasını tənzimləyir. Küləyin sürətinə və yağış yağma durumuna bağlı olaraq jalüzlərin avtomatik bağlanması təmin edilə bilər. Çöl hava şərtlərinə görə evin istiliyinin istənilən dərəcəyə gətirilməsi, hərəkət detektorları ilə evin hollarında işıqların istənilən aydınlıq dərəcəsinə görə avtomatik olaraq yandırılması, hər hansı bir həyəcan vəziyyəti, qaz qaçağı və ya su basqını zamanı vanaların avtomatik olaraq bağlanması, bütün evin elektrikcərəyanının kəsilməsi və s. kimi imkanlarla bu siyahını genişləndirmək olar.Elsmart, Ev Avtomatlaşdırma Sistemlərində plataların dizaynından tutmuş, proqramlaşdırılmasına kimi hər şey yerli mütəxəsislər tərəfindən aparılır. Bu isə sizə arzuladığınız ssenarini evinizə tədbiq etmək imkanı verir. Bu sistem gündəlik həyatda bir çox işləri avtomatik olaraq yerinə yetirilməsini təmin edir.
İşçi heyyətimiz bacarıqlı və peşəkar işçilərdən ibarətdir. Peşəkar işçi heyyətimiz sizlərə hər zaman ən yüksək səviyyədə xidmət göstərir.
Xidmət sahələrinin sərhədsiz olduğu bir dövürdə müştəri məmnuniyyətini prioritet hesab edərək keyfiyyətli xidmət təklif etməkdəyik.
Keyfiyyət və qiymət mövzusunda dialoq içində olmaq, müştərinin fikirlərini diqqətə alaraq doğru həll yolları təklif etmək əsas hədəfimizdir.
“ALLSMART TECHNOLOGIES” MMC şirkəti sizlərə yüksək keyfiyyətli iş təqdim edir. Görülən işlər uyğun olan standartlara cavab verir.
Digər videolar üçün kanalımıza müraciət edin. Əgər yeni videolar haqqında xəbər tutmaq istəyirsizsə, kanalımıza abunə olmağı unutmayın !!!
Youtube Kanalımız