Ağıllı Ev sistemləri nədir?

Bu günlərdə istifadə etdiyimiz telefon, kompüter, avtomobil, saat, planşet və s. Cihazlar həyatımıza və işimizə çox təsirini göstərir. Onların vasitəsilə işimizi rahat görür, həyatımızı asanlaşdırırıq. Bəs ağıllı evimiz olarsa o bizə nəqədər təsir edər? Bizlər niyə ağıllı ev istifadə edirik və ya niyə etməliyik?

Niyə Ağıllı ev ?

Son illərdə hər birimizə tanış olan Tesla avtomobilinin səhmlərinin bütün avtomobil markalarını sürətlə ötüb keçməsi onu göstərir ki, insanlar sadəcə özünün idarə etdiyi deyil, eyni zamanda bəzi təhlükələrdə özü özünü idarə edən avtomobillərə tələb duyurlar. Çünki ola biləcək təhlükə zamanı bu həyəcanı keçirməkdən daha çox bu üzrə proqlanmış maşınımız olsun istəyirik, biz yorulanda bizi əvəz edəcək texnologiyaya yox demirik.

Bunun üçün də bu gün evimizin idarə olunan olması və hətta öz özünü idarə etməsi bizi həm kiçik əziyyətlərdən qurtara və böyük təhlükədən uzaq tuta bilə

Ağıllı ev qonaq otağımızdan başlayaraq digər otaqlarda olan işıqlar, su sistemi, elektronik məişət əşyaları, təbii qaz və s. – yəni evinizdə olan avadanlıqların qarşılıqlı əlaqə prinsipiylə idarə olunma sistemidir. Bu sistem proqram təminatı vasitəsilə sizin telefon və planşetlərinizdən idarə olunur və bu sayədə özünü idarəetmə funksiyasına malik ola bilir.

Ağıllı evin layihələndirilməsi

Evinizdəki məişət avadanlıqlarının bir biriylə əlaqəsinin yaranması üçün biz insanlarda olduğu kimi evin də bir “beyin”-ə yəni servərə ehtiyacı var. Həmin Server vasitəsilə sistem bir avadanlığa görə digərinin vəziyyətini öyrənir və biz o vəziyyəti idarə edə bilirik.

Ağıllı ev bizə nə vəd edir?

  • Təhlükəsizlik
  • Rahatlıq
  • Daha az sərfiyyat
  • Uzaqdan idarəetmə
  • Vaxt idarəetməsi

.Təhlükəsizlik bu sistemdə əsas amillərdən biridir, çünki bütün şərtlərin əsasında insanlar başlıca təhlükəsizliyinin qayğısına qalırlar.

Rahatlıq hər birimizin bütün həyatımızda olmasını istədiyimiz faktordur. Bu sistemdə bunu tamamilə təmin edir.

Daha az sərfiyyat etmək bizim həm maddi həm də mənəvi cəhətdən köməyimizə daim çatır.

Uzaqdan İdarəetmə yuxarıda qeyd edilənləri təmin etmək üçün vacibdir.

Vaxt İdarəetməsi şəxsi və iş həyatımızda bizə həm rahatlıq, həm dəqiqlik həm də faydalılıq qazandırır.

Siz Ağıllı Evinizdə tam olaraq nələri idarə edəcəksiniz?

  • Evin ümumi işıqlarının və otaq-otaq idarə edilməsi
  • Istilik sistemlərinin idarə edilməsi
  • Havalandırma və kondisioner sistemlərinin idarə edilməsi
  • Təbii qaz verilişinin idarə edilməsi
  • Evin daxili su və suvarma sistemlərinin idarəedilməsi
  • Səs sisteminin funksional idarəetməsi
  • Giriş-çıxışa nəzarətin idarə edilməsi

Qeyd olunanlar daim uzaqdan idarə edilə və öz-özünü idarə edə bilər.

Ağıllı evin təhlükəsizliyi

–İstehsal etdiyimiz ELSMART markalı ağıllı ev sistemlərinin serveri ancaq sizin öz evinizdə yerləşir, başqa bir məkan və ya mərkəzə (xarici ölkəyə) bağlı olmadığı üçün bacarıqlarının pozulma ehtimalı sıfıra enir.

Ağıllı Evin problemləri

Ağıllı ev sistemləri daim internetə bağlı şəkildə olduğu üçün məhz bu evlərdə yaranan əsas problem bundan ibarət ola bilər ki, internet kəsintisi zamanı bütün sistem deaktiv olunur. Ancaq əlavə qida bloku vasitəsilə yaranmış bu problemin qarşısı alına bilinir.

Digər əsas problem evdə elektrikin kəsilməsidir ki, eyni bu halda da həll yolu eynidir.

Ümumiyyətlə bunu demək istəyirik ki, yaranan problemlər sistemlə bağlı deyil, sistemi aktiv saxlayan faktorlardan yarana bilir. Elə buna görə də, evlərimizdə daim manual sistemin olması həlli olan və ya olmayan istənilən problem zamanı ev sakinini çətin vəziyyətdə qalmağa qoymur.

Ağıllı evinizə nələri inteqrasiya edə bilərsiniz?

  • Səsli idarə etmə
  • Kamera-nəzarət sitemləri
  • Siqnalizasiya sistemləri

Leave a Reply

Your email address will not be published.

X