KNX/EİB

KNX/EIB-İnstabus və ya yeni adıyla KNX, hər cür Ev, Villa, Bina, Otel və Biznes Mərkəzlərinin bütün funksiyalarının nəzarət və monitorinqi üçün yaradılan bir avtomatlaşdırılmış sistemdir. KNX ağıllı ev sistemi avtomatlaşdırılma sahəsində hal-hazırda ən çox inkişaf edən və daha geniş istifadə edilən bir sistemdir.

KNX eyni zamanda bir bina nəzarəti və avtomatlaşdırma standartıdır. KNX Ev avtomatlaşdırılması sistemi proqram olaraq açıq quruluşda olan bir sistemdir, yəni başqa bina avtomatlaşdırılması sistemlərinə və ya fərqli sistemlərə asanlıqla bağlana bilir. Ayrıca KNX yalnız bir firmaya asılı bina avtomatlaşdırılması sistemi deyil.

Bu sistem üçün bir çox istehsalçı firma vardır və hər firma bu sistem üçün məhsul və ya proqram istehsal edə bilir. Bunun üçün yalnız KNX təşkilatı tərəfindən sertifikalandırılması gərəklidir. Dolayısıyla istifadəçilər bir tək firmaya asılı KNX ağıllı ev sistemi məhsullarını istifadə etmək məcburiyyətində deyil.

KNX avtomatlaşdırılma sistemi elastik bir sistemdir. Asanca genişləndirilə və yeni xüsusiyyətlər əlavə oluna bilir. Ağıllı Ev sahibi olmaq istəyən şəxslər üçün KNX ən yaxşı və inkişaf etmiş sistemdir. Bu sistemlə hər cür sistemi idarə edə bilərsiniz və yaratmaq istədiyiniz funksiyalar xəyal gücünüzə bağlıdır.

X