Haqqımızda

Biz Kimik?


“ALLSMART TECHNOLOGIES” özündə “ELSMART”, “ACCESSO” kimi yerli texnologiya markalarını birləşdirir. Hüquqi olaraq “ALLSMART TECHNOLOGIES” ağıllı qurğuların istehsalı, Ev – Bina avtomatlaşdırılması sisteminin istehsalı və quraşdırlması, “Ağıllı otel” və “Ağıllı ofis” sistemləri, təhlükəsizlik sistemləri və giriş-çıxışa nəzarət, avtomatik keçid sistemləri, LED lampaların istehsalı istiqamətində fəaliyyət göstərir. Şirkətimiz hal hazırda 100-dən çox adda məhsul istehsal etməkdədir. Məhsullarımız 2017-ci ildən “ELSMART” ticarət markası adı altında Azarbaycanın ilk və tək Ağıllı Ev və Bina idarəetməsi sistemləri olaraq istehsal edilməkdədir. İstehsal etdiyimiz məhsulların elektron dövrələrinin (PCB) dizaynı şirkətimiz tərəfindən sifarişə uyğun hazırlanır. Qurğuların “beyinləri” sayılan mikroçiplərin proqrmlaşdırılmasından mobil (IOS və Android) proqramlamaya qədər bütün proqram yazılımları bizim şirkətin mühəndisləri tərəfindən aparılır. Məhsullarımız 100% yerli mütəxəssislər tərəfindən hazırlanır. Şirkətimiz özəl istəklər əuyğun olaraq fərqli cihaz istehsalı sifarişləri də qəbul edir.

Fəaliyyətimiz


Fəaliyyət sahəmiz içərisinə; Bina və Ev avtomatlaşdırma xidmətləri ilə yanaşı Ağıllı ev sistemləri, təhlükəsizlik sistemləri, cctv, audio-video interkom sistemləri, multi media sistemləri daxildir. Bu sahələrlə əlaqədar təyin olunmuş Avropa və dünya standartlarında xidmət təqdim etməkdəyik. Yüksək texniki mütəxəssis heyyətinə sahib olan firmamız, inkişaf edən texnoloji yeniliklərə, araşdırma və təhsilə uyğunlaşmanı təmin edərək hər zaman inkişafı iş anlayışımızda əsas tuturuq.

Məqsədimiz


Firma olaraq məqsədimiz, xidmətin sərhədsiz və vaxtsız olduğu, müştəri məmnuniyyətinin hər zaman ön şərt olması, hər zaman ilk prioritet xidmət olduğu, bu məqsədə uyğun xidmət etməkdir. Əldə etdiyimiz məlumat və təcrübəni müştəriyə çəkinmədən təqdim etmək, xidmət ünsürü nə olursa olsun müştəri ilə başından sonuna qədər keyfiyyət və qiymət mövzusunda dialoq içində olmaq, müştərinin və firmamızın fikirlərini bir bütün içində ələ alıb doğru həllər çıxarmaq əsas məqsədimizdir.Məqsəd əvvəlcə pul qazanmaq deyil, müştəri və dost qazanmaq ən əhəmiyyətli fəlsəfəmizdir.


Çatdırılma

İstədiyiniz ünvana çatdırılma.

24X7 Müştəri Xidməti

Hər zaman xidmətinizdəyik.

Fikirləriniz maraqlıdır

Fikirlərinizi bizimlə paylaşın.

X