Ağıllı Sayğac Oxuma

ELSMART Ağıllı Sayğac Oxuma Sistemi

Simli və ya Simsiz sayğacların oxunması üçün sayğaclarda nələr olmalıdı?

1) Sayğaclar xəbərləşmə protokolu olaraq aşağıdakı modullardan birinə sahib

olmalı:

  1. a) Simli: RS-485/Modbus b) Simsiz: LoRa 433/868Mhz

2) Sayğaclardan Mərkəzə təhlükəsiz məlumatların ötürülməsi üçün tələb olunan

şlüzlər:

  1. a) Simli: TCP/IP Ethernet b) Simsiz: GPRS və ya LoRawan

3) Məlumatların emalı üçün server idarəetmə platformasından ibarət infrastruktur olmalıdı:

  1. a) Lokal: Server b) İnternet: Blud Server

 

Sistemin necə işlədiyini təsvir edən LoRa simsiz nümunəsi: Sayğac məlumatları LoRa

simsiz moduluna davamlı olaraq ötürür və bu məlumatlar LoRa simsiz şəbəkəsi

vasitəsilə GPRS şlüzünə ötürülür. LoRa məlumatlarını TCP/IP məlumatlarına çevirir və

nəticədə 2G/3G/4G/5G şəbəkəsi vasitəsilə uzaq bulud serverinə göndərir. Server

məlumatları emal edib, vizuallaşdırıb məlumat halında istifadəçiyə çatdırır.

Ağıllı enerji sayğacı ağıllı şəbəkənin vacib bir komponentidir. Ağıllı sayğac müəyyən vaxt Aralıqlarında elektrik enerjisi sərfini qeydə alır və həmin məlumatı yoxlanılması və hesablanılması üçün kommunal xidmətlərə ötürür. Bu proses canlı işçi qüvvəsi tərəfindən oxuma və qeydə alma olmadan istifadə olunan enerjinin dəqiq və etibarlı şəkildə oxunmasını asanlaşdırır. Litium-ion və ya yanacaq hüceyrələrindən hazırlana bilən ağıllı və ya intellektual batareya uzun müddətli istifadə imkanı ilə yanaşı enerjinin saxlanılması və enerjiyə qənaət üçün effektiv ola bilər