Ağıllı Şəhər nədir

Ağıllı şəhər nədir?

Ağıllı şəhər dedikdə nə nəzərdə tutulur? Ağıllı şəhərin qəbul edilmiş birmənalı tərifi yoxdur. Bu fərqli insanlar üçün fərqli mənalar kəsb edir. Ağıllı şəhər anlayışı şəhər sakinlərinin inkişaf səviyyəsindən, təkmilləşdirilmə istəyindən, bacarıq və məqsədlərindən asılı olaraq, şəhərdən şəhərə və ölkədən ölkəyə dəyişir. Məsələn, Amerikada ağıllı şəhər məzmunu Avropadakından fərqlidir. Hətta, Amerikada ağıllı şəhəri təsvir etməyin bir yolu belə yoxdur. Bu missiyada şəhərləri idarə etmək üçün bəzi qəti mədudlaşdırmalar tələb olunur.

Amerikada şəhər sakinin xəyalında ağıllı şəhər, onun arzuladığı səviyyədə infrastruktur və xidmətlərdən ibarətdir. Sakinlərin istək və ehtiyaclarını təmin etmək üçün, şəhər memarları qurumların inkişafı, fiziki, sosial və iqtisadi infrastrukturun dörd sütunu ilə əhatə olunmuş eko-sistemini ideal olaraq inkişaf etdirməyi hədəfləyirlər. Bu uzunmüddətli məqsəd ola bilər və şəhərlər belə hərtərəfli infrastruktun inkişafı üzərində tədricən “zəka” əlavə edərək çalışa bilərlər.

Ağıllı şəhər missiyasında başlıca məqsəd, əsas infrastrukturu və sakinlər üçün layiqli həyat keyfiyyəti, təmiz, davamlı mühit üçün “Ağıllı həllər” təqdim edən şəhərlərin inkişafıdır. Ağıllı şəhərlərdə əsas diqqət dayanıqlı, əhatəli inkişafa yönəlmişdir və ideya yığcam ərazilərə baxmaq, təkrarlana bilən və digər maraqlı şəhərlər üçün nümunə ola biləcək model hazırlamaqdır. Hökümətin Ağıllı şəhər missiyası cəsarət və təşəbbüskarlıq nümunəsidir. Bu, Ağıllı şəhərin daxilində və xaricində təkrarlana biləcək nümunələrin və ölkənin müxtəlif ərazilərində bənzər Ağıllı şəhərlərin yaradılması deməkdir.

Ağıllı şəhərin əsas infrastruktur elementlərinə aşağıdakılar aiddir:

  1. kifayət qədər su təchizatı
  2. zəmanətli elektrik təchizatı
  3. bərk tullantıların da idarə olunması daxil olmaqla, sanitariya
  4. səmərəli şəhər hərəkətliliyi və ictimai nəqliyyat
  5. xüsusilə aşağı gəlirli ailələr üçün əlverişli qiymətə mənzillər
  6. güclü İT bağlantısı və rəqəmsallaşdırma
  7. optimal idarəetmə, xüsusilə elektron idarəetmə və sakinlərin iştirakı
  8. davamlı və dayanıqlı mühit
  9. sakinlərin, xüsusilə qadınların, uşaqların və yaşlıların təhlükəsizliyi
  10. səhiyyə və təhsil

Ağıllı həllərə gəldikdə isə, aşağıda izahlı siyahı təqdim olunmuşdur. Bu siyahı tam deyil və daha çox funksionallıq tətbiq edilə bilər. Uyğun olaraq, Ağıllı şəhər Missiyasının əsas məqsədi iqtisadi inkişafı idarə etmək, yerli inkişafı və texnologiyanı, xüsusilə Ağıllı şəhərlərin texnologiyasını təmin etməklə insanların həyat keyfiyyətini inkişaf etdirməkdir. Sahə əsaslı inkişaf mövcud əraziləri (gücləndirmə və yenidənqurma) daha yaxşı planlaşdırılmış ərazilərə çevirəcək və beləliklə,

bütün şəhərin yaşayış şəraiti yaxşılaşdırılacaqdır. Artan əhalinin şəhər ərazilərində yerləşməsi üçün şəhər ətrafında yeni ərazilər (yaşıllıqlar) inkişaf olunacaq. Ağıllı həllər tətbiqi infrastruktur və xidmətləri təkmilləşdirmək üçün məlumat və texnologiyaların istifadəsini təmin edəcək. Bu cür hərtərəfli inkişaf həyat keyfiyyətini yaxşılaşdıracaq, yeni iş yerləri yaradacaq və hamının xüsusən də kasıb, imkansız insanların gəlir səviyyəsini artıracaq və əhatəli şəhərlərə gətirib çıxaracaq.

X