MÖCÜZƏLƏR DİYARINDA YAŞAYIN!

Möcüzələr Diyarında Yaşayın!

İzlədiyiniz bir filmlə birlikdə tam fərqli bir dünyaya keçdiyinizi düşündüyünüz olurmu? Ya da təsir edici musiqi özünüzü bir başqa yerdə olduğunuzu hiss etdirirmi? Kino, teatr və konsert salonlarını bu qədər möcüzəli edən də sizə yaşatdığı bu duyğulardır.

Mətbəxdə rokun coşğuya, klassik musiqi hamamda dincliyə, salonda jazz rahatlığa… Bu duyğuların hamısını istədiyiniz an yaşaya bilərsiniz. Üstəlik xəyallarınızdakı kimi bir səs və görünüş keyfiyyəti ilə. Tək etməniz lazım olan, evinizdə olan kompüter, DVD pleyer, televiziya, musiqi sistemi, iPod, playstation kimi cihazlarınızı Ağıllı Texnologiya ilə əlaqələndirməkdir.

Hətta biz sizin üçün Multimedia Serveri quraraq ən çox sevdiyiniz musiqi parçalarını dinləmək, video və fotoşəkillərinizi isə evinizdə olan istənilən televizorda izləmək imkanı yaradırıq.

Qurulan multimedia serveri bütün bunları eyni anda bir deyil, bir neçə otaqda əlçatan edir.

Multimedia İdarəetmə Sistemi, bütün video və səs sistemlərinizi, öz uzaqdan idarəetmə pultlarında olduğu kimi, Ağıllı Bina sistemi üzərindən də idarəetmənizi təmin edir. Səs nizamlayıcının köməyi ilə evinizdəki hər bir otaq üçün ayrı-ayrı səs təyin edə bilərsiniz.

Siz zövqlərinizin arxasınca qaçmayın; onlar evinizin hər küncündə sizi təqib etsin.

Leave a Reply

Your email address will not be published.

X